Şriftin ölçüsü :

Saytın rəngi :

“Kütləvi İnformasiya Vasitələri və Sosial Şəbəkələr üzərindən dövlət siyasətinin geniş təbliğinin ictimai-siyasi sabitliyin təmin olunmasında rolu” mövzusunda növbəti ideoloji maarifləndirmə görüşü təşkil olunub

26 avqust 2022 | 11:52
25 avqust 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Neftçala rayon Təşkilatının inzibati binasında Neftçala Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Neftçala rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Kütləvi İnformasiya Vasitələri və Sosial Şəbəkələr üzərindən dövlət siyasətinin geniş təbliğinin ictimai-siyasi sabitliyin təmin olunmasında rolu” mövzusunda növbəti ideoloji maarifləndirmə görüşü təşkil olunub.
Görüşdə rayonun müxtəlif idarə, müəssisə və təşkilatların nümayəndələrini əhatə edən müəllimlər, ziyalılar və gənclər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz ruhunu bir dəqiqəlik sükutla yad edildikdən sonra açıq elan edilib.
Görüşü giriş sözü ilə açan Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev geniş nitq söyləyərək dövlət və cəmiyyət sistemində kütləvi informasiya vasitələrinin rolunun əvəzsiz olduğunu qeyd edib. Həmçinin o, nitqində kütləvi informasiya vasitələrinin dövlətin idarəetmə sisteminin mühüm tərkib hissəsi olan xarici və daxili siyasətin formalaşmasında, həyata keçirilməsində, hökumətlə xalqın qarşılıqlı əlaqələrində, cəmiyyətin demokratik idarə olunmasında xüsusi rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən digər natiqlər: Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, “Gündoğar” rayon qəzetinin redaktoru Bədirə Niftəliyeva, şair-publisist Zabil Pərviz, “Bizim Neftçala” internet səhifəsinin rəhbəri Ülvi Nəhmədzadə, YAP Neftçala rayon təşkilatının fəal gəncləri Anar Güllərli və Ülvi Əzizov çıxış edərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan və bu istiqamətdə inamlı addımlar atan, demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilən Azərbaycanda kütləvi informasiya vasitələrinə, o, cümlədən mətbuatın inkişafına göstərilən diqqət və qayğıdan söz açıb və göstərilən bu yüksək dövləti dəstəyə görə Ölkə Başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlıq hisslərini çatdırıblar.
Görüş sonda mövzu ətrafında iştirakçıları maraqlandırılan sualların cavablandırılması və müzakirələr aparılması ilə davam etdirilib.
Keçidlər