Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllü fəaliyyətini başa vuran gənclərlə görüş keçirilib

14 sentyabr 2023 | 14:13

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Rayon İcra Hakimiyyətinin strukturunda könüllülük fəaliyyətini başa vuran gənclərlə görüşüb.
RİH-in başçısı gənclərlə görüşündə Prezident İlham Əliyevin yüksək diqqəti və təşviqi nəticəsində Azərbaycanda könüllülük fəaliyyətinin geniş yayıldığını, könüllülərin öz bacarıqları və fərdi keyfiyyətləri ilə cəmiyyətimizə böyük töhfələr verdiklərini qeyd edib. RİH-in başçısı gənclərin işgüzarlığının, bilik və bacarığının artırılmasında, dünya görüşünün genişlənməsində könüllük fəaliyyətinin müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb.

Könüllü fəaliyyətini başa vuran gənclər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, rayon rəhbərliyi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində qazandıqları təcrübələrdən faydalanacaqlarını bildiriblər.

Məlumat üçün bildiririk ki, “Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Neftçala RİH- in öz strukturunda könüllülük fəaliyyətinə start verilməsi haqqında RİH-in internet səhifəsi vasitəsilə elan verilib. Bununla əlaqədar olaraq rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən 5 nəfər gənc Rayon İcra Hakimiyyətinin aidiyyəti şöbələrində könüllü olaraq fəaliyyət göstəriblər.

Görüşün sonunda RİH-in başçısı tərəfindən könüllük fəaliyyətini uğurla tamamlayan gənclərin hər birinə sertifikatlar təqdim edilib və gənclərlə xatirə şəkili çəkilib.

Keçidlər