"Konstitusiya və Suverenlik ili" və "Uşaq hüquqları aylığı" çərçivəsində “Azərbaycan Respublikasının Konstitusiyasında uşaq hüquqları” adlı maarifləndirici tədbir keçirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun təşkilatçılığı, Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndələrinin təşəbbüsü ilə Neftçala şəhəri Samid İmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində "Konstitusiya və Suverenlik ili" və "Uşaq hüquqları aylığı" çərçivəsində “Azərbaycan Respublikasının Konstitusiyasında uşaq hüquqları” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun məsul şəxsləri, Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndələri və fəalları, Neftçala şəhəri Samid İmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin rəhbərliyi, müəllimlər, şagirdlər iştirak edib.
İlk öncə xalqımızın Ümummilli lideri,Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin məqsədi uşaqların hüquqları barədə məlumatlılığın artırılması, Konstitusiyanın onlara verdiyi təminatların izahı və bu hüquqların qorunmasının əhəmiyyətinə diqqət çəkilməsi olub.
Çıxışçılar tərəfindən bildirildi ki, Azərbaycan Respublikasının Konstitusiyası uşaqların həyat, təhsil, sağlamlıq, müdafiə və layiqli inkişaf hüquqlarını qanunvericilik səviyyəsində təmin edir. Uşaqların mənafeyinin qorunmasının dövlətin əsas prioritetlərindən biri olduğu vurğulandı. Eyni zamanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı milli qanunvericilik, beynəlxalq sənədlər, həmçinin ailə, məktəb və cəmiyyətin bu prosesdə rolu barədə məlumat verildi.
Sonda uşaqlara hüquqlarını bilməyin və onları qorumağın vacibliyi aşılanaraq belə tədbirlərin davamlı olaraq keçirilməsinin önəmi qeyd olundu və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.







