“Konstitusiya və Suverenlik ili” çərçivəsində rayonun Xol Qaraqaşlı kəndində maarifləndirici tədbir keçirilib
16 may 2025-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Xol Qaraqaşlı kənd tam orta ümumtəhsil məktəbində "Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən, şöbə müdirinin müavini Vasif Əliyev, Neftçala Rayon Qeydiyyat şöbəsinin rəisi Tural Qafarlı, Neftçala Rayon Polis şöbəsinin əməkdaşı, polis sahə müvəkkili, polis kapitanı Raqib Dəmirov, Rayon Ağsaqqallar Şurasının üzvü, təcrübəli hüquqşünas Alim Əliyev, Xol Qaraqaşlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Ruhəngiz Nəcəfova, kənd ictimaiyyət nümayəndələri və təhsil alanlar iştirak edib.
İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər təşkil olunan tədbirin əhəmiyyətindən bəhs edərək, müstəqil Azərbaycanın Konstitusiyasının yaradılmasında Ümummilli lider Heydər Əliyevin rolunu, dövlətimizin əsas simvollarından olan Azərbaycan Respublikasının Konstitusiyasının, ölkəmizin Suverenliyinin, dövlətimizin Demokratik Prinsiplərinin və İnsan hüquq və azadlıqlarının həm bu günümüz, həm də gələcəyimiz ilə sıx bağlılıq təşkil etdiyini, Konstitusiya müddəalarının daha dərindən öyrənilməsi gənc nəslin inkişafı, həm də vətənimizin qorunması üçün əsas şərtlərdən biri olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və gələcək inkişafını şərtləndirən hüquqi islahatlar Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla icra edilir və hər bir vətəndaş Konstitusiya və qanunlara əməl etməli, ondan irəli gələn öhdəlikləri layiqincə yerinə yetirməli, demokratik prinsipləri qorumalı və insan haqlarının yerinə yetirilməsində fəal iştirak etməlidir.
“Konstitusiya və Suverenlik ili” ilə əlaqədar rayonda həyata keçirilən tədbirlər barədə geniş məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.