Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Neftçala rayonunda məktəblilər arasında intellektual yarış keçirilib

14 may 2025 | 18:01

 

14 may 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Neftçala rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində məktəblilər arasında intellektual çempionat təşkil olunub. Yarışda rayon üzrə müxtəlif ümumtəhsil məktəblərini təmsil edən 20 komanda öz bilik və bacarıqlarını nümayiş etdirərək maraqlı və gərgin mübarizə aparıblar.

İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun müdiri Nicat Cəfərov bütün komandalara uğurlar arzulayaraq qeyd edib ki, bu yarış yalnız biliklərin yoxlanılması deyil, həm də milli-mənəvi dəyərlərə, tariximizə və hüquqi düşüncəyə bağlılığın göstəricisidir.

Çempionatda iştirak edən bütün komandalar yüksək fəallıq göstərmiş, Azərbaycan gəncliyinin bilikli, vətənpərvər və perspektivli nəsil olduğunu bir daha sübut etmişlər.

Çempionatın yekun nəticələrinə əsasən Elton Həbibov adına Neftçala şəhər 4 nömrəli tam оrtа  ümumtəhsil məktəbinin “Xarı Bülbül” komandası yüksək intellektual səviyyə və əla komanda oyunu ilə birinci yerə layiq görülüb. II Qaralı kənd tam orta ümumtəhsil məktəbinin “Zəngəzur” komandası dərin biliyi və məntiqli yanaşmaları ilə ikinci yeri, Əli Səmədov adına Qırmızıkənd kənd tam оrtа ümumtəhsil məktəbinin “Mübarizlər” komandası isə əzmkarlığı və fəallığı ilə üçüncü yeri qazanıb.

 Sonda yarışın qaliblərinə Neftçala Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayon Təhsil sektorunun məsul əməkdaşları tərəfindən diplomlar təqdim  olunub. 

 Qalib komandaları təbrik edir və gələcəkdə onlara uğurlar arzulayırıq.

                                         

Keçidlər