Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatının siyahıyaalınması ilə bağlı təlimçi-nəzarətçilərə və sayıcılara treninq keçirildi

17 iyul 2025 | 17:56

Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Neftçala Rayon Statistika idarəsinin təşkilatçılığı ilə   2025-ci il iyulun  15-dən avqustun 15-dək  siyahıyaalmanı keçirmək, siyahıyaalma vərəqəsini mövcud qaydalara uyğun elektron formada tam və keyfiyyətlə doldurmaq, nəticələri yoxlamaq, nəzarətçinin qeydlərini nəzərə almaq və 2025-ci il avqustun 15-dək məlumatları Dövlət Statistika Komitəsinin elektron informasiya sisteminə ötürmək məqsədilə 13 iyul 2025-ci il tarixində təlimçi-nəzarətçilərə və sayıcılara treninq keçildi. Təlimdə iştirak edənlərə təhkim olunmuş təsərrüfatların yerləşdiyi ərazinin sərhədləri ilə tanış olmaq, 2025-ci il iyulun 14-də ilkin baxış keçirmək, təsərrüfatların siyahısını dəqiqləşdirmək tövsiyə olundu. Siyahıyaalma vərəqələrini mövcud qaydalara uyğun planşetdə düzgün doldurmaq, təsərrüfatların uçotunun tamlığını təmin etmək tapşırıldı. Təlimdə planşetlərlə sorğunun təşkili və proqram təminatından istifadə xüsusiyyətləri, respondentlə ünsiyyətin yaradılması, sorğunu başlama və davam etdirmə məsələləri , keyfiyyətli cavabların alınmasını təmin etmək üçün sualların səsləndirilməsi qaydası və alınmış cavabların elektron qeydiyyatı, sayıcıların onlara təhkim olunmuş təsərrüfatların yerləşdiyi ərazinin sərhədləri ilə tanış olması, ilkin baxışın keçirilməsi, təsərrüfatların siyahısının dəqiqləşdirilməsi, sorğunun yekunlaşdırılması və nəticələrinin yoxlanılması üçün elektron məlumat  bazasına ötürülməsi, elektron məlumat bazasına ötürülmüş məlumatların yoxlanılaraq təsdiq edilməsi mövzusunda geniş əhatəli məlumat verilərək, siyahıyaalınmanın aparılmasının mütəşəkkil təşkil olması, təlimçi-nəzarətçilərə və sayıcılara tapşırıldı, siyahıyaalınma prosesi ilə bağlı sual doğuran fikirlərə aydınlıq gətirildi.

Keçidlər