Neftçala rayonunda şəhid hərbi qulluqçu Kamran Hüseynovun 28-ci doğum günü qeyd olunub
Neftçala rayonunda şəhid hərbi qulluqçu baş leytenant Hüseynov Kamran Namiz oğlunun 28-ci doğum günü qeyd olunub.
Şəhidin doğum günü tədbirində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- muhafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin döyüş yoldaşları, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları tərəfindən şəhidlərin məzarı ziyarət olunub, önlərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, şəhidin atası Namiz Hüseynov və digərləri şəhid baş leytenant Kamran Hüseynovun həyat yolundan, döyüş xatirələrindən danışıblar.
Şəhidin valideynləri dövlət tərəfindən göstərilən diqqət, qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildiririk ki, şəhid baş leytenant Hüseynov Kamran Namiz oğlu 12 iyul 1995-ci ildə Neftçala şəhərində anadan olub və xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək qəhrəmancasına şəhid olub. Şəhid Hüseynov Kamran Namiz oğlu 4 mart 2023-cü il tarixində Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Hərbi xidməti dövründə baş leytenant Hüseynov Kamran Namiz oğlu Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamlarına əsasən “İgidliyə görə”, "Cəbrayılın azad olunmasına görə", "Xocəvəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0158t nömrəli 26.06.2018-ci il tarixli əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə, 0184t nömrəli 03.11.2020-ci il tarixli əmri ilə “Şücaətə görə” medalı ilə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən Hüseynov Kamran Namiz oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi, rayon ictimaiyyəti adından şəhid hərbi qulluqçumuzun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk və səbir diləyirik.