Şriftin ölçüsü :

Saytın rəngi :

“İstedadlar axtarışında” yaradıcılıq festivalında “Rəssamlıq və heykəltaraşlıq” nominasiyası üzrə seçim turu keçirilib

18 dekabr 2023 | 15:55

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində Neftçala rayonunda təşkil olunacaq “İstedadlar axtarışında” yaradıcılıq festivalında “Rəssamlıq və heykəltaraşlıq” nominasiyası üzrə seçim turu keçirilib.

“İstedadlar axtarışında” yaradıcılıq festivalı çərçivəsində “Rəssamlıq və heykəltaraşlıq” nominasiyasının seçim turu X.Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzində keçirilib.
Seçim turunda 80 nəfər istedadlı iştirak edib və iştirakçılar tərfindən çəkilən rəsmlərə müvafiq olaraq 8-12 yaş, 13-18 yaş qrupları üzrə I, II və III yerlərin qalibləri müəyyən olunub.
Məlumat üçün qeyd edirik ki, qalib olan gənc rəssamların rəsm əsərləri festivalın yekun tədbirində təşkil olunacaq sərgidə nümayiş olunacaqdır.

Keçidlər