Şriftin ölçüsü :

Saytın rəngi :

“İstedadlar axtarışında” yaradıcılıq festivalında “Qısametrajlı film” nominasiyası üzrə seçim keçirilib

18 dekabr 2023 | 14:37

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində Neftçala rayonunda təşkil olunacaq “İstedadlar axtarışında” yaradıcılıq festivalında “Qısametrajlı film” nominasiyası üzrə seçim keçirilib.
“İstedadlar axtarışında” yaradıcılıq festivalı çərçivəsində “Qısametrajlı film” nominasiyasının seçimi keçirilib. Seçim turunda rayonun ümumtəhsil məktəblərində təhsil alan şagirdlər, gənclər iştirak edib.
İştirakçılar tərəfindən Ulu Öndər Heydər Əliyevin uşaqlara diqqət və qayğısından bəhs edən, təbiətə, heyvanlara sevgi, sağlamlıq imkanları məhdud şəxslərə dövlət dəstəyi və s . mövzulara həsr olunan qısametrajlı filmlər təqdim olunub.
İştirakçıların gələcəkdə daha da uğurlu işlər təqdim etməkləri üçün münsiflər heyəti tərəfindən onlara tövsiyələr verilib, I və II yerlərin qalibləri  müəyyənləşdirilib.

Keçidlər