Şriftin ölçüsü :

Saytın rəngi :

“İstedadlar axtarışında” yaradıcılıq festivalında müxtəlif nominasiyalar üzrə seçim turlarına start verilib

13 dekabr 2023 | 19:16
Neftçala rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində Neftçala rayonunda təşkil olunacaq “İstedadlar axtarışında” yaradıcılıq festivalında müxtəlif nominasiyalar üzrə seçim turlarına start verilib.
Neftçala Rayon İcra Hakimiyyətinin təçkilatçılığı ilə 13 dekabr 2023-cü il tarixində “İstedadlar axtarışında” yaradıcılıq festivalı çərçivəsində “Gənc və hazırcavablar klubu” nominasiyasının 1-ci zona üzrə seçim turu Neftçala rayonunda keçirilib.
Seçim turunda Neftçala şəhəri və qəsəbələrdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət 7 komanda: Neftçala şəhər S.İmanov adına 1 saylı tam orta məktəbin “Ulduzlar”, Neftçala şəhər 2 saylı tam orta məktəbin “Təbəssüm”, Neftçala şəhər E. Həbibov adına 4 saylı tam orta məktəbin “Xarıbülbül”, Bankə qəsəbə S.Vurğun adına 2 saylı tam orta məktəbin “Femida”, Mirqurbanlı kənd tam orta məktəbin “3-G”, Xıllı qəsəbə R.Gözəlov adına 1 saylı tam orta məktəbin “Şən uşaqlar”, Həsənabad qəsəbə tam orta məktəbin “Qəhrəmanlar diyarı” komandaları iştirak edib.
Müsabiqədə komandalar komanda təqdimatı və tamaşa təqdim ediblər. Münsiflər heyəti tərəfindən qiymətləndirmə 10 ballıq xal üzrə həyata keçirilib. “Gənc və hazırcavablar klubu” nominasiyasının I zona üzrə seçim turunda ən yüksək nəticə göstərən komanda Bankə qəsəbə S. Vurğun adına 2 saylı tam orta məktəbin şagirdlərindən ibarət olan “Femida” komandası olub.
Məlumat üçün qeyd edirik ki, müsabiqə komandaların yerləşmə ərazisinə uyğun olaraq 3 zona üzrə keçiriləcəkdir və hər zonada yalnız 1-ci yerin qalibi olan komanda finala vəsiqə qazanacaqdır.
Keçidlər