Şriftin ölçüsü :

Saytın rəngi :

“İstedadlar axtarışında” yaradıcılıq festivalı üzrə “Şən və hazırcavablar klubu” nominasiyasının final mərhələsi keçirilib

20 dekabr 2023 | 12:51

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində Neftçala rayonunda təşkil olunacaq “İstedadlar axtarışında” yaradıcılıq festivalı üzrə “Şən və hazırcavablar klubu” nominasiyasının final mərhələsi keçirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Şən və hazırcavablar klubu” nominasiyasının final mərhələsi keçirilib. Final mərhələsində S.İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəbin “Ulduzlar”, Neftçala rayonu S.Kərimov adına Qədimkənd kənd tam orta məktəbin “Tufan”, S.Vurğun adına Bankə qəsəbə 2 saylı tam orta məktəbin “Femida”, R.Gözəlov adına Xıllı qəsəbə 1 saylı tam orta məktəbin  “Şən uşaqlar-1”, T.İsmayılov adına Mirqurbanlı kənd tam orta məktəbin “3-G”, F.Quliyev adına Xıllı qəsəbə 2 saylı tam orta məktəbin  “Şən uşaqlar-2” komandaları iştirak edib.
Münsiflər heyəti tərəfindən qiymətləndirmə 10 ballıq şkala üzrə həyata keçirilib. 57 bal toplayan Neftçala rayonu S.Kərimov adına Qədimkənd kənd tam orta məktəbin “Tufan” komandası I yerə, 56 bal toplayan S.Vurğun adına Bankə qəsəbə 2 saylı tam orta məktəbin “Femida” komandası II yerə, 54 bal toplayan R.Gözəlov adına Xıllı qəsəbə 1 saylı tam orta məktəbin  “Şən uşaqlar-1” komandası III yerə layiq görülüb.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından “İstedadlar axtarışında” yaradıcılıq festivalında “Şən və hazırcavablar klubu” nominasiyasının qaliblərini və iştirak edən bütün komandaları təbrik edirik, uğurlar arzulayırıq.

Keçidlər