Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan Hüquqları Aylığı” çərçivəsində “Uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətidir” mövzusunda tədbir keçirilib

13 iyun 2026 | 09:16

Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Neftçala rayonu Z.Əsgərov adına Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətidir” mövzusunda tədbir keçirilib.

İlk öncə xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın, Neftçala Rayon Polis Şöbəsinin, Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin əməkdaşları, Neftçala Rayon İcra Hakimiyyəti başçısının Aşağı Surra kənd İƏDN, təhsil müəssisəsinin direktoru, müəllimlər, məktəblilər iştirak edib.

Çıxışçılar uşaq hüquqlarının qorunmasının həm hüquqi, həm də mənəvi tərəflərini geniş təhlil ediblər. Natiqlər dövlətimizin uşaq siyasətinin prioritetlərindən danışaraq, gənc nəslin sağlam, savadlı və zərərli vərdişlərdən uzaq böyüməsi üçün görülən işləri diqqətə çatdırıbar. Çıxışlarda xüsusilə uşaqların hüquqi təhlükəsizliyinin təmin edilməsi, erkən nikahların və məişət zorakılığının qarşısının alınması, həmçinin ailədə və məktəbdə düzgün tərbiyə mühitinin yaradılması məsələlərinə toxunulub. Vurğulanıb ki, uşaqların hüquqlarının müdafiəsi və onların cəmiyyətə faydalı fərd kimi yetişdirilməsi təkcə dövlət qurumlarının deyil, hər bir vətəndaşın və ziyalının ortaq məsuliyyətidir.

Tədbir qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər