Şriftin ölçüsü :

Saytın rəngi :

“İdman Sağlam həyat tərzinin təşviqi və asudə vaxtın təşkilində başlıca amildir” mövzusunda növbəti ideoloji maarifləndirmə tədbiri təşkil olunub

28 iyul 2022 | 09:27
Neftçala rayonunda, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İdman Sağlam həyat tərzinin təşviqi və asudə vaxtın təşkilində başlıca amildir” mövzusunda növbəti ideoloji maarifləndirmə tədbiri təşkil olunub.
Tədbir 19 iyul 2022-ci il tarixdə Neftçala rayon Uşaq Gənclər, İdman və Şahmat məktəbində keçirilmişdir.Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Şirvan-Salyan Təhsil İdarəsinin Neftçala rayon Təhsil Sektorunun müdiri Vüqar Dadaşov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əhmədov, eləcədə rayon ərazisində fəaliyyət göstərən idman klublarının məşqçi müəllimləri, gənclər və digər qurumların əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin, eləcədə dünyalarını dəyişmiş idmançılarımızın əziz ruhunu bir dəqiqəlik sükutla anıldıqdan sonra açıq elan edilib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev geniş nitq söyləyərək bildirib ki, gənc nəslin sağlam böyüməsi , zərərli vərdişlərdən uzaq olması, gümrah bədən quruluşuna malik olmaları üçün erkən yaşlarından onlarda sağlam həyat tərzinə uyğun vərdişlərin formalaşması çox vacibdir.Eyni zamanda Vasif Əliyev bu gün ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə, respublikanın bütün regionlarında gənclərin asudə vaxtlarının səmərəli təşkil etmələri üçün yaradılmış əlverişli şəraitdən söz açmış və bütün bu görülən məqsədyönlü tədbirlər üçün ölkə rəhbərliyinə öz dərin minnətdalıq hisslərini bildirib.
Tədbirdə çıxış edən digər natiqlər idman olmadan insanların öz həyatlarında sağlam həyat tərzinin formalaşdırmalarının mümkün olmadığını vurğulamış və hər ötən il ölkəmizdə idmana olan marağın hiss olunacaq qədər artdığını vurğulayıblar.Natiqlər, həmçinin, bu mövzuda keçirilən tədbirlərin gənclərin idmana olan marağının artırılmasında vacib rol oynadığını bildirib, keçirilən tədbirin təşkilində göstərdiyi yüksək dəstəyə və təşkilatçılığa görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.Tədbirin sonunda keçirilən görüşün mövzusuna dair, Rayon Gənclər və İdman İdarəsi tərəfindən tərtib olunmuş videoçarx nümayiş etdirilib.
Keçidlər