“İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir keçirilib
13 sentyabr 2022 | 09:45
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Cəlilabad filialının təşkilatçılığı ilə 13 sentyabr 2022-ci il tarixində “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir təşkil olunmuşdur.
Tədbir Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin, eləcədə COVİD 19 pandemiyası ilə aparılan mübarizədə dünyalarını dəyişmiş tibb işçilərinin əziz ruhunu bir dəqiqəlik sükutla anıldıqdan sonra açıq elan edilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev geniş nitq söyləyərək bildirdi ki, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlar, ayrı-ayrı dövlət proqramlarının uğurlu icrasının nəticəsidir ki, bu gün respublikamızın səhiyyə sistemində mühüm dəyişikliklərdən əldə olunmuşdur. Vasif Əliyev həmçinin çıxışında ölkənin səhiyyə sistemində İcbari tibbi sığortanın tətbiqinin tibb xidmətlərinin vətəndaşlar üçün əlçatan etmək, əhalini sağlamlığı ilə bağlı maliyyə risklərindən qorumaq və səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla təmin etmək olduğunu bildirib.
Sonra tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Cəlilabad filialının rəhbəri İlqar Qurbanov tədbir iştirakçıları qarşısında təqdimatla çıxış edərək İcbari Tibbi Sığorta haqqında ümumi məlumat vermiş, Dövlət Başçısı tərəfindən aparılan sosial yönümlü islahatın əhəmiyyəti, yeni sistem olan İcbari Tibbi Sığortanın istifadə hüququ haqqında geniş məlumat vermişdir.
Tədbirin sonunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Cəlilabad filialının rəhbəri İlqar Qurbanov iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.