Neftçala rayonunda “İcbari Tibbi Sığorta” mövzusunda maarifləndirici görüş keçirilib
Neftçala rayonunda Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi X.Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin regional Cəlilabad filialı tərəfindən Neftçala rayonunda “İcbari Tibbi Sığorta” mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirdə Neftçala RİH başçısı aparatının aparıcı məsləhətçisi Esmira Məmmədzadə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin regional Cəlilabad filialının rəhbəri İlqar Qurbanov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Gülər Mirzəyeva, Neftçala RMX PHŞ-in əməkdaşı Hakim Hüseynov, rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə İcbari Tibbi Sığorta haqqları, İcbari Tibbi Sığorta ilə tibbi xidmət ala bilmə qaydaları, özəl tibb müəssisələrində İcbari Tibbi Sığortadan istifadə qaydaları, xidmətlər zərfi, stasionar cərrahi tibbi xidmətlər, ailə həkiminin seçilməsi və s. barədə iştirakçılara geniş məlumat verilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, İcbari Tibbi Sığorta haqqında iştirakçıların məlumatlılığının öyrənilməsi məqsədilə anket-sorğu keçirilib.