Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “İcbari Tibbi Sığorta” mövzusunda görüş keçirilib

20 iyun 2023 | 14:34

Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Nizamnaməsinin 3.1.19-cu bəndində qeyd olunan fəaliyyət istiqamətinə uyğun olaraq İcbari Tibbi Sığortanın təbliği, bu sahədə əhalinin maarifləndirilməsi məqsədi ilə tədbirlər həyata keçirir və bu məqsədlə Neftçala Rayon icra Hakimiyyətinin dəstəyi ilə Agentliyin regional Cəlilabad filialı tərəfindən Neftçala rayonunda “İcbari Tibbi Sığorta” mövzusunda təlim-təqdimat keçirilib.
Tədbirdə Neftçala RİH-i başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin regional Cəlilabad filialının rəhbəri İlqar Qurbanov, Neftçala RMX-in PHŞ-in direktoru Elman Quliyev, Agentliyin məsul şəxsləri, rayonda fəaliyyət göstərən müxtəlif təşkilatların, təhsil müəssisələrinin əməkdaşları və gənclər iştirak edib.
İlk öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə sağlamlığın qorunması qaydaları - fiziki aktivlik, düzgün qidalanma, gigiyena qaydaları, İcbari Tibbi Sığorta haqları, İcbari Tibbi Sığorta ilə tibbi xidmət ala bilmə qaydaları, özəl tibb müəssisələrində İcbari Tibbi Sığortadan istifadə qaydaları, xidmətlər zərfi, stasionar cərrahi tibbi xidmətlər,  ailə həkiminin seçilməsi və s. barədə iştirakçılara geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər