“Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda növbəti ideoloji maarifləndirmə görüşü keçirilib
13 dekabr 2023 | 21:28
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığıyla “Heydər Əliyev İli” çərçivəsində 12 dekabr Anım Günü ilə əlaqədar “Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda növbəti ideoloji maarifləndirmə görüşü keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Vasif Əliyev, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı, idarə, müəssisə və təşkilatların bir qurup əməkdaşları, rayon ağsaqqalları, gənclər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz ruhunu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərinin Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrini təşkil etdiyini bildirib, Ulu Öndər Heydər Əliyevin xalqını, dövlətini bütün varlığı ilə sevən, öz mənalı ömrünü xalqına, onun inkişafına həsr edən, dövlətimizin müstəqilliyinin qorunması və əbədiliyinin təmin olunması üçün fədakarcasına çalışan böyük bir dövlət xadimi, əvəzolunmaz lider olduğunu diqqətə çatdırıblar. Azərbaycan bugünkü inkişafı, siyasi, iqtisadi, hərbi, mədəni və digər istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilməkdə, ön siralarda yer almaqdadır. Bu nəticənin əldə olunmasında ölkəyə rəhbərlik edən dahi siyasətçi Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin gərgin əməyi, uzaqgörən xarici və daxili siyasəti dayanır.
Çıxışlardan sonra Ulu Öndərin zəngin və şərəfli ömür yolu haqqında müzakirələr aparılıb.