“Heydər Əliyev ili” çərçivəsində 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda tədbir keçirilib
“Heydər Əliyev ili” çərçivəsində 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan Salyan Regional Təhsil idarəsinin maliyyə iqtisadiyyat sektorunun müdiri Rəvan Baxışov, RİH-in məsul şəxsləri, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, tər gül dəstələri düzülüb və ehtiramla yad olunub.
Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, ötən təhsil müddətində dünyadan köçən müəllimlərin ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
“Mən dünyada müəllimdən yüksək ad tanımıram” – deyən Ulu Öndər Heydər Əliyev də bu dəyərli peşə sahiblərini çox yüksək qiymətləndirib və Ulu Öndər kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən hər zaman təhsilə, müəllimlərə diqqət və qayğısı olub.
Tədbirdə çıxış edən Şirvan Salyan Regional Təhsil idarəsinin maliyyə iqtisadiyyat sektorunun müdiri Rəvan Baxışov, Vətən müharibəsi iştirakçısı, müəllim Vüqar Qələşov, Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbinin müəllimi Elnur Abdiyev, Firdovsi Tağıyev və Bankə qəsəbə 2 saylı tam orta məktəbinin müəllimi Lalə Əzizova təhsildə qazanılan uğurlardan, 44 günlük Vətən müharibəsində müəllimlərin ordu sıralarında döyüşmələrindən, qələbəmizdən, insan həyatının formalaşmasında müəllimlərin rolundan danışıblar. Təhsilə göstərilən diqqət, qayğıya və 44 günlük Vətən müharibəsindəki qələbəmizə görə bütün müəllimlər adından Prezident cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Tədbirdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov Prezident cənab İlham Əliyevin təhsilə olan diqqət və qayğısından, rayonda bir çox ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının zənginləşdirilməsindən, ölkədə təhsil sahəsində görülən işlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolundan danışıb. Neftçala rayonunda Heydər Əliyev Fondunun Yeniləşən Azərbaycana Yeni Məktəb layihəsi çərçivəsində 2020-ci ildə Xıllı qəsəbə 1 saylı tam orta məktəbi, 2023-cü ildə açılışı olan Bankə qəsəbə 2 saylı tam orta məktəbi, Şorkənd kəndində yeni modul tipli məktəbin inşa olunub şagird və müəllimlərin istifadəsinə verilib,
Neftçala rayonun ictimai- siyasi həyatında və təhsilin inkişafında səmərəli fəaliyyətinə görə 5 oktyabr “Müəllimlər Günü” münasibətilə bir qrup təhsil işçisi Neftçala RİH-in başçısının Sərəncamı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin əmrilə Fəxri Fərmanlarla təltif olunublar.
Tədbirin sonunda müəllimlərlə birlikdə xatirə şəkili çəkilib.