Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr – “Zəfər Günü”nün 5-ci ildönümünə həsr edilmiş konsert proqramı keçirilib

07 noyabr 2025 | 17:34

07 noyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr – “Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Camal İsmayılov adına Uşaq  İncəsənət Məktəbinin təşkilatçılığı ilə  konsert proqramı təşkil olunub.

          Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə hüquq-mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının rəhbərləri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri, müəllim və şagird kollektivi iştirak ediblər.

          İlk öncə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

        Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov çıxış edərək Zəfər Gününün əhəmiyyətindən danışıb, şəhidlərimizin göstərdiyi igidlik və qəhrəmanlığın xalqımızın əbədi qürur mənbəyinə çevrildiyini vurğulayıb, tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib və musiqi məktəbinin kollektivinə öz təşəkkürünü bildirib.

    Daha sonra çıxış edənlər - Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, Camal İsmayılov adına Uşaq  İncəsənət Məktəbinin direktoru İlqar Rəhimov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun anası Filarə  İsmayılova, Vətən müharibəsi şəhidi Xəyyam Əzizovun anası Aidə Əzizova bu günün xalqımız üçün böyük mənəvi dəyərə malik olduğunu qeyd edib, məktəbin şagird və müəllim kollektivinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, bu kimi tədbirlər gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsinə, tariximizin qəhrəmanlıq səhifələrinin unudulmamasına xidmət edir.

    Tədbirdə Vətən müharibəsi şəhidi baş leytenant Xəyyam Əzizovun 30 illik yubileyi qeyd olunub və  şəhid anaları adından anası Aidə Əzizovaya hədiyyə təqdim edilib.

    Konsert proqramında məktəbin şagirdlərinin ifasında vətənpərvərlik ruhunda musiqi əsərləri səsləndirilib, Zəfərin möhtəşəm ruhunu əks etdirən çıxışlar təqdim olunub.

    Tədbirin sonunda Vətən müharibəsi qəhrəmanlarının döyüş yolunu, xalqımızın fədakarlığını və tarixi Qələbəmizi əks etdirən videoçarx nümayiş etdirilib.

 

Keçidlər