Şriftin ölçüsü :

Saytın rəngi :

“Yetkinlik yaşına çatmayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə yaşama icazələrinin verilməsi prosedurları, tənzimlənməyən miqrasiya ilə bağlı görülən tədbirlər” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir

31 oktyabr 2025 | 08:57

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Şirvan Regional Miqrasiya İdarəsi tərəfindən Neftçala RİH-də “Uşaq hüquqları aylığı” çərçivəsində miqrasiya qanunvericiliyinin təbliği və qanunvericiliyə edilmiş əlavə dəyişikliklər barədə ictimaiyyətin məlumatlandırılması məqsədi ilə “Yetkinlik yaşına çatmayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə yaşama icazələrinin verilməsi prosedurları, tənzimlənməyən  miqrasiya ilə bağlı görülən tədbirlər” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə RİH-nin məsul şəxsləri, İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri,  rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil və ictimaiyyət nümayəndələri, eləcə də, Şirvan Regional Miqrasiya İdarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Şəmsəddin Məmmədov, Şirvan Regional Miqrasiya İdarəsinin rəis müavini, kiçik miqrasiya xidməti müşaviri Bəhman Quliyev və Şirvan Regional Miqrasiya İdarəsinin vətəndaşların qəbulu və müraciətlərə baxılması şöbəsinin rəisi, miqrasiya xidməti müşaviri Seyhun Məmmədov iştirak edib.
Tədbirdə təqdimat nitqi ilə RİHB-nın birinci müavini Şaiq Məmmədov çıxış edərək tədbirin əhəmiyyətindən bəhs edərək yetkinlik yaşına çatmayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə yaşama icazələrinin verilməsi prosedurları, tənzimlənməyən  miqrasiya ilə bağlı görülən tədbirlər sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb. Sonra Şirvan Regional Miqrasiya İdarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Şəmsəddin Məmmədov “Yetkinlik yaşına çatmayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə yaşama icazələrinin verilməsi prosedurları, tənzimlənməyən  miqrasiya ilə bağlı görülən tədbirlər” mövzusunda çıxış edərək Xidmət tərəfindən ölkə ərazisində miqrasiya proseslərinin idarə olunması və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi istiqamətində məqsədyönlü işlərin aparıldığını qeyd etmişdir.
Daha sonra Şirvan Regional Miqrasiya İdarəsinin rəis müavini, kiçik miqrasiya xidməti müşaviri Bəhman Quliyev çıxış edərək “Uşaq hüquqları aylığı” çərçivəsində miqrasiya qanunvericiliyinin təbliği və qanunvericiliyə edilmiş əlavə dəyişikliklər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Daha sonra Şirvan Regional Miqrasiya İdarəsinin vətəndaşların qəbulu və müraciətlərə baxılması şöbəsinin rəisi, miqrasiya xidməti müşaviri Seyhun Məmmədov mövzu ətrafında çıxış edərək, Azərbaycan Respublikasına gələn əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınmaları, onlara müvəqqəti yaşamaq üçün icazənin verilməsi əsasları və prosedurları, qısa və uzunmüddətli, eləcə də daimi yaşamaq üçün icazənin verilməsi əsasları və prosedurları, şəxslərin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi prosedurları həmçinin miqrasiya axınlarının tənzimlənməsi, nəzarətsiz miqrasiya proseslərinin neqativ nəticələrinin qarşısının alınması, miqrantların öz hüquqlarını həyata keçirməsi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumatlar vermişdir.
Müşavirənin sonunda mövzuyla bağlı müzakirələr aparılıb, suallar cavablandırılmışdır.

Keçidlər