“Gendər əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyası”nın təşkilatçılığı ilə görüş keçirilib
04 oktyabr 2022 | 09:46
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında “Gendər əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyası”nın təşkilatçılığı ilə Cəngan kənd klubunda “Məişət zorakılığı, onun növləri və zorakılıqla necə mübarizə aparmaq olar?” mövzusunda seminar təşkil olunub.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının dövlət himni səslənib.
Tədbirdə çıxış edənlər Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunması istiqamətində qəbul olunan qərarların, eləcə də dövlət proqramlarının əhəmiyyətindən, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi yeni düşüncə tərzinin formalaşmasından, məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələrin doğurulmasından danışıblar.
Tədbirdən sonra maraqlı və aktiv kənd qadınları ilə birlikdə onların arasında asudə vaxtın təşkilinə dair foks qrup görüşü keçirilib, tərtib olunan ictimai rəy sorğuları cavablandırılıb və motivasiya proqramının kənd qadınları arasında effektivliyi ölçülüb. Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq” Komissiyasının yerlərdə kənd qadınları ilə keçirdiyi görüşlər zamanı onların istək və arzuları, həyat tərzi və məşğuliyyətləri ilə, həmçinin övladlarının tərbiyəsində qarşılaşdıqları çətinliklərlə bağlı müzakirələr aparılır, ehtiyac meyarları müəyyənləşdirilir, problemlər və çətinliklər üzrə istiqamətlər verilir. Bu işlə əlaqədar Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq” Komissiyasının dəstəyi və birbaşa təşəbbüsü ilə rayonun müxtəlif kəndlərində keçiriləcək görüşlərdən əldə olunan məlumatlarla ilə yola çıxaraq Qadınların icmasının yaradılmasına köməklik göstəriləcəkdir.