Şriftin ölçüsü :

Saytın rəngi :

Gender bərabərliyi siyasətinin həyata keçirilməsi mövzusunda seminar keçirilib

19 oktyabr 2022 | 10:55
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında “Gendər əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq komissiyası”nın təşkilatçılığı ilə Rayon Bələdiyyələrinin sədr və üzvlərilə Bələdiyyələrdə gender bərabərliyi siyasətinin həyata keçirilməsi mövzusunda seminar keçirilib.
Seminarda Neftçala Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin, Neftçala Rayon İcra Hakimiyyətinin İctimai siyasi-humanitar məsələlər şöbəsinin, Monitorinq komissiyasının məsul şəxsləri çıxış ediblər.
Çıxış edənlər öz fikirlərində Gender bərabərliyinin hədəflərinin son illər milli inkişaf siyasətində və iqtisadi strategiyalarda ifadə edildiyini bildirdilər. Gender bərabərliyinin həyata keçirilməsi milli, yerli idarəetmə orqanları arasında əməkdaşlıq və koordinasiya tələb edir. Yerli özünüidarəetmə orqanları yerli siyasət və proqramları gender təsiri baxımından təhlil etməli, zəruri hallarda konkret mütəmadi tədbirlər görməli, o cümlədən, idarəetmə orqanlarında, məşvərət orqanlarında və şuralarda işçilər arasında gender bərabərliyinə nail olmaq üçün müsbət fəaliyyət siyasətini tətbiq etməlidirlər. Bərabərlik prinsipini rəhbər tutaraq bərabər imkanlar siyasətinin yaxşılaşdırılması üçün institusional mexanizmlərin qurulmasına zərurət yaranıb. Beləliklə, qeyd edilən institusional mexanizmlərdən biri kimi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bütün dövlət orqanlarında yaradılan gender məsələləri üzrə məsul şəxslər təyin olunublar. Bütün səviyyələrdə siyasi qərarların qəbul edilməsində qadınların bərabər iştirakı da əsas şərtlərdən biridir. Yerli səviyyədə kişi və qadınların hüquqları, ehtiyacları və maraqlarını daha səmərəli ifadə etmək üçün bu kimi hüquqi həllər vəziyyətin yaxşılaşdırılmasına, yerli səviyyədə qadın və kişilərin tam bərabərliyi üçün şərait yaradılmasına töhfə verəcəkdir.
Keçidlər