Şriftin ölçüsü :

Saytın rəngi :

futbol idman növü üzrə rayon birinciliyinə start verilib

29 iyun 2022 | 09:30
23 iyun 2022-ci il tarixdən Neftçala Rayonu İcra Hakimiyyətinin təşəbbüsü, Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Neftçala Rayon İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri arasında futbol idman növü üzrə rayon birinciliyinə start verilib.
Birinciliyin keçirilməsində məqsəd futbol idman növü üzrə rayonun inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin ən güclü futbol komandasını müəyyən etmək və Respublika yarışlarında iştirak etmək üçün rayonumuzu təmsil edəcək futbol komandasının komplektləşdirilməsi üçün prespektivli idmançıları aşkar etməkdən ibarətdir.
Neftçala şəhər, Həsənabad və Xıllı qəsəbə, Kürkənd, Aşağı Qaramanlı, Aşağı Surra, Boyat, Cəngən, Xolqarabucaq, Xəzərkənd, Xolqaraqaşlı kənd inzibati ərazi dairələri üzrə 11 nümayəndəliyin qatıldığı futbol üzrə rayon birinciliyinin 14 iyul 2022-ci il tarixədək 13 gün, 25 oyun, yarımfinal və final oyunları olmaqla keçirilməsi nəzərdə tutulub.
Oyunlar SOCAR Sosial İnkişaf İdarəsinin N.Nərimanov adına Neftçala şəhər stadionunda keçirilir.
Rayon ictimaiyyətini və futbolsevərləri yarışları izləməyə və azarkeşi olduqları komandaları dəstəkləməyə dəvət edirik.
Keçidlər