Neftçala rayonunda şəhər, qəsəbə və kəndlər arasında futbol birinciliyinin final görüşü keçirilib
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə RİH-i başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri arasında "Heydər Əliyev İli" çərçivəsində Azərbaycan xalqının Milli Qurtuluş Gününə həsr olunan futbol idman növü üzrə rayon birinciliyinin final görüşü keçirilib.
Final görüşündə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyəti və gənclər iştirak edib.
Final mərhələsində Aşağı Surra FK- Boyat FK qarşılaşıb və Boyat FK komandası qalib gələrək birinci yerin qalibi olub. 2-ci yerin qalibi Aşağı Surra FK və 3-cü yerin sahibi Aşağı Qaramanlı FK olub. Qalib komandalar fəxri fərmanlar və medallarla təltif olunublar, sonda komandalarla xatirə fotosu çəkilib.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından qalib komandalara uğurlar arzulayırıq.