Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda yanğın təhlükəsizliyi ilə bağlı fermerlərlə maarifləndirici görüşlər keçirilib

26 iyul 2023 | 11:13

Neftçala rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması və emalı, pambıq yığımı dövründə, həmçinin meşə zolaqlarında, parklarda və dövlət qoruqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsinə dair Neftçala rayon İcra Hakimiyyəti, Neftçala rayon Polis Şöbəsi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən 2023-cü il üçün təsdiq edilən Tədbirlər Planına uyğun olaraq Neftçala rayonu İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə Nümayəndəliklərində fermerlərlə maarifləndirici görüşlər keçirilib.
Görüşlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2003-cü il tarixli 12/8-126 saylı Qərarına əsasən yol kənarlarında yerləşən taxıl zəmilərinin yola yaxın olan hissələrinin ən az 4 metr enində şumlanılmasının vacib olduğu, həmçinin bu ərazilərdə açıq oddan istifadənin və biçindən sonra küləş, quru otların yandırılmasının qadağan olunduğu fermerlərin diqqətinə çatdırılıb.
Qeyd olunanları nəzərə alaraq yüksək gərginlikli elektrik verilişi xətlərinin qoruma zolaqlarında, hətta onların altında yerləşən əkin sahələrinin taxıl və ot biçinindən sonra küləşin, quru otların  yandırılmasının hava xətlərində qəzalara və açılmalara səbəb ola biləcəyi fermerlərin diqqətinə çatdırılıb, onlara yanğın təhlükəsizliyinə ciddi əməl etmələri tövsiyyə olunub.
Neftçala Rayon İcra Hakimiyyəti fermərləri və bütün rayon sakinlərini yanğın təhlükəsizliyinə ciddi əməl etməyi tövsiyyə edir.

Keçidlər