Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda fəal gənclərin iştirakı ilə növbəti maarifləndirici tədbir keçirilib

29 avqust 2025 | 15:53

29 avqust 2025-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayon Təhsil sektorunun dəstəyi ilə “Konstitusiya və Suverenlik ili”  çərçivəsində Neftçala şəhər M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada "Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir"  mövzusunda növbəti maarifləndirici tədbir  təşkil olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun məsul şəxsləri, hüquqşünaslar, təhsil işçiləri və gənclər iştirak edib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin, Azərbycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər-Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin, Hüquq şöbəsinin müdiri, Neftçala rayon Gənclər və İdman sektorunun müdiri, Neftçala rayon RPŞ-nin şəxsi heyət üzrə köməkçisi, Rayon Ağsaqqallar Şurasının üzvü, fəal gənc BDU-nun Hüquq fakultəsinin tələbəsi təşkil olunan tədbirin əhəmiyyətindən bəhs edərək,  vurğulayıblar ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilmişdir. Bu tarixi sənəd ölkəmizin dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, müstəqilliyimizin qorunmasında və hüquqi dövlət quruculuğunda mühüm rol oynamışdır. Konstitusiya vətəndaşların əsas hüquq və azadlıqlarının təminatçısı olmaqla yanaşı, həm də dövlətin suverenliyinin və ərazi bütövlüyünün hüquqi əsaslarını müəyyənləşdirib.
Tədbirdə bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın prinsiplərinə əsaslanan siyasət uğurla davam etdirilir və Azərbaycan gəncliyi dövlətə sədaqət, milli dəyərlərə bağlılıq ruhunda yetişir. Gənclərin inkişafı, vətənpərvərlik ruhunda formalaşması və dövlət idarəçiliyində fəallığının artırılması da məhz bu hüquqi bazanın yaratdığı imkanlarla bağlıdır.
Sonda vurğulanıb ki, “Konstitusiya və Suverenlik ili” çərçivəsində həyata keçirilən tədbirlər, xüsusilə də maarifləndirici görüşlər, vətəndaşların hüquqi biliklərinin artırılmasına, dövlətə və milli dəyərlərə sadiqliyin gücləndirilməsinə xidmət edir.

Keçidlər