“Erkən nikah və qohum evliliklərinin mənfi nəticələri” adlı maarifləndirmə tədbiri keçirilib
Neftçala rayonunda “Erkən nikah və qohum evliliklərinin mənfi nəticələri” adlı maarifləndirmə tədbiri keçirilib.
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə 29 oktyabr 2024-cü il tarixində V.Soltanov adına Kürkənd kənd ümumi orta məktəbdə “Erkən nikah və qohum evliliklərinin mənfi nəticələri” adlı maarifləndirmə tədbiri keçirilib.
İlk öncə xalqımızın ümummilli lideri,Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul əməkdaşları, Kürkənd kənd İƏD üzrə nümayəndəliyinin, Neftçala RMX PHŞ-nin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndəsi, müəllimlər, şagirdlər, valideynlər iştirak edib.
Çıxışçılar Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın sosial problem olan erkən nikahla və qohum nikahlarla mübarizə ilə əlaqədar həyata keçirdiyi tədbirlər barədə, qanunvericilikdə nikah yaşı, nikah hüququ, erkən nikahın fəsadları, erkən nikaha məcbur edilən qızların gələcək ailə həyatlarında yaranan problemlər, onların fiziki və psixoloji vəziyyətlərinə göstərdiyi mənfi təsirlər, qohum evliliklərin səbəbləri, fəsadları, səbəb olduğu genetik xəstəliklər barədə geniş məlumat veriblər.
Tədbir qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.