“Əsrin müqaviləsi”in imzalanmasının 30-cu ildönümü və eyni zamanda “Neftçilər Günü” münasibətilə tədbir keçirilib
Neftçala Rayon İcra Hakimiyyəti və ”Neftechala Operating Company LTD” neft şirkətinin birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsi”in imzalanmasının 30-cu ildönümü və eyni zamanda “Neftçilər Günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə Neftçala rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri v.m.e.i, şöbə müdirinin müavini Vasif Əliyev, Neftechala Operating Company LTD şirkətinin Azərbaycandakı filial rəhbəri Gayfullin Rüstam Robertoviç, Neftechala Operating Company LTD şirkətinin Azərbaycandakı filial rəhbərinin İstehsalat üzrə müavini Navozov Vladimir Alekseyeviç, Neftechala Operating Company LTD şirkətinin Azərbaycandakı filial rəhbərinin Maliyyə məsələləri üzrə vitse-prezidenti Vaqif Abdullayev, Neftechala Operating Company LTD şirkətinin Azərbaycandakı filial rəhbərinin İnsan Resursları üzrə meneceri Rasim Hüseynov, “Global Enerji Azerbaijan” Şirkətinin Geologiya və Geofizika işləri üzrə meneceri Abbas Rzayev, uzun müddət neft sahəsində çalışmış veteran neftçilər, hal-hazırda neft sahəsində çalışan bir qrup neftçi və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra açıq elan edilib.
Tədbiri giriş sözü ilə açan Neftçala rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri v.m.e.i, şöbə müdirinin müavini Vasif Əliyev geniş nitq söyləyərək neft sahəsində çalışan neftçilərə “Neftçilər Günü” münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun təbriklərini çatdırıb, onları peşə bayramları münasibətilə təbrik edib. Vasif Əliyev çıxışında Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün dövlət başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən milli neft strategiyasının ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirdiyini, iqtisadiyyatın dayanıqlı inkişafına təkan verdiyini, əhalinin maddi rifah səviyyəsinin yüksəlməsində müstəsna rol oynadığını vurğulayıb.
Sonra tədbirdə çıxış edən digər natiqlər- “Neftechala Operating Company LTD “ şirkətinin Azərbaycandakı filial rəhbəri Gayfullin Rüstam Robertoviç, “Neftechala Operating Company LTD” şirkətinin Azərbaycandakı filial rəhbərinin İstehsalat üzrə müavini Navozov Vladimir Alekseyeviç, Neftechala Operating Company LTD şirkətinin Azərbaycandakı filial rəhbərinin Maliyyə məsələləri üzrə vitse-prezidenti Vaqif Abdullayev və digərləri nitq söyləyərək Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində, beynəlxalq münasibətlər sistemində ölkəmizin rolunun artırılmasında, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirərək əməkdaşlığın coğrafiyasının regional çərçivədən çıxaraq beynəlxalq miqyas almasında “Əsrin müqaviləsi”nin müstəsna rolu olduğunu diqqətə çatdırıblar. Çıxışçılar həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin neft-qaz sənayesinin davamlı inkişafını, onun maddi-texniki bazasının gücləndirilməsini, neftçilərimizin sosial rifah halının daha da yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxladığını qeyd etmiş, neftçilərə göstərilən hərtərəfli qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Çıxışlardan sonra neft və qaz çıxarma sahəsində çalışan və yüksək peşəkarlığı ilə seçilərn bir qrup neftçiyə, o, cümlədən Neftechala Operating Company LTD şirkəti tərəfindən elan edilmiş rəsm müsabiqəsinin qaliblərinə Rayon İcra Hakimiyyəti və Neftechala Operating Company LTD şirkətinin fəxri fərman və təşəkkürnamələri, eləcədə hədiyyələr təqdim edilib.
Sonda neft sahəsində çalışan zəhmətkeş neftçilərlə xatirə şəkli çəkilib.