Vətən müharibəsi şəhidi Əsəd Əsədovun xatirəsinə mini-futbol üzrə rayon turnirinin final mərhələsi keçirilib
Final mərhələsini Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, futbol komandaları və rayon ictimaiyyəti izləyib.
Final mərhələsində isə Bavariya və Kərim market komandaları qarşılaşıb. Bavariya komandası 4:3 hesabı il qələbə qazanaraq şəhid Əsəd Əsədovun xatirəsinə həsr olunan mini- futbol üzrə rayon birinciliyinin qalibi olub. Qeyd edirik ki, turnirdə 16 minifutbol komandası iştirak edib.
Məlumat üçün bildiririk ki, Şəhid Əsədov Əsəd Cəmaləddin oğlu 29 mart 1978-ci ildə Neftçala rayonu Tatarməhlə kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 13-də Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalı ilə Əsəd Əsədov ölümündən sonra təltif edilib.
Neftçala Rayon İncra Hakimiyyətinin kollektivi adından qalib komandaları təbrik edirik və uğurlar arzulayırıq.