Şriftin ölçüsü :

Saytın rəngi :

“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fermerlərlə maarifləndirici görüş keçirilib

01 avqust 2023 | 17:09

“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 19 iyul 1754 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında  fermerlərlə maarifləndirici görüş keçirilib.

Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin, Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin məsul şəxsləri və fermerlər iştirak edib.

Fərmandan irəli gələn tədbirlərin icra müddətinin 2023-2028-ci illəri əhatə etdiyini nəzərə alaraq, növbəti 2023-2024-cü təsərrüfat ili üçün rayon ərazisində ərzaqlıq buğda proqramına qoşulmaq istəyən fermerlərə təsərrüfatlarında mövcud vəziyyət barədə məlumatları Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə təqdim edilməsi tövsiyyə olundu və müraciətlər əsasında ərzaqlıq buğda istehsal etmək istəyən təsərrüfatlarda monitorinqlərin aparılacağı, müqavilə bağlanacağı, ərzaqlıq buğdaya görə subsidiya veriləcəyi, yüksək məhsuldarlıq üçün müasir texnologiyalar tətbiq edən, həmçinin yağış yağdırma suvarma üsulu ilə istehsalçıların stimullaşdırılacağı fermerlərin nəzərinə çatdırıldı.

Fermerlərlə keçirilən görüş qarşılıqlı müzakirələr ilə davam edib.

Keçidlər