Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikahlara qarşı bir olaq!” adlı maarifləndirmə tədbiri keçirilib

17 avqust 2022 | 10:05
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı ilə 16 avqust 2022-ci il tarixində F.Quliyev adına Xıllı qəsəbə 2 saylı tam orta məktəbdə “Erkən nikahlara qarşı bir olaq!” adlı maarifləndirmə tədbiri keçirilib.
İlk öncə xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul əməkdaşları, Xıllı qəsəbə İƏD üzrə nümayəndəliyi, Xıllı qəsəbə bələdiyyəsinin sədri, ərazidə yerləşən ümumtəhsil məktəblərinin rəhbərləri, müəllimlər, həkimlər, şagirdlər, valideynlər, eyni zamanda RİH-də könüllü fəaliyyət göstərən gənclər iştirak edib.
Çıxışçılar Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın cəmiyyətin əsas sosial problemlərindən biri olan erkən nikahla mübarizə ilə əlaqədar həyata keçirdiyi tədbirlər, normativ hüquqi aktlarda nikah yaşı, erkən nikahı yaradan səbəblər, fəsadları, erkən nikaha məcbur edilən qızların fiziki və psixoloji vəziyyətlərində yaranan problemlər barədə geniş məlumat veriblər. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan şəxsləri nikaha daxil olmağa məcbur edən şəxslər barədə nəzərdə tutulan cinayət məsuliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Tədbir daha sonra qarşılıqlı müzakirələrlə davam etdirilib.
Keçidlər