“Erkən nikahlar və məişət zorakılığı” ilə mübarizə tədbirləri mövzusunda növbəti görüş keçirilib
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının və Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq Komissiyasının birgə təşkilatçılığı ilə “Erkən nikahlar və məişət zorakılığı” ilə mübarizə tədbirləri mövzusunda növbəti görüş Xolqarabucaq kəndində keçirilib.
Neftçala rayon İcra Hakimiyyəti başçısı yanınında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Məmmədzadə Esmira, RİH-nin, Neftçala rayon Gənclər İdman İdarəsinin, Neftçala Qadın Resurs mərkəzinin məsul şəxsləri, məktəblilər və onların valideynləri görüşdə iştirak edib.
Görüşdə erkən nikahların mənfi nəticələrindən, gənc nəslin sağlam yetişməsində təhsilin vacib istiqamət olması, Azərbaycan Respublikasının nikah haqqında qanunları izah olunub, qadın və qızlara qarşı zorakılıqlarıyla mübarizə ilə əlaqədar bütün dünyada qeyd olunan mövcud problemlərə qarşı beynəlxalq təşkilatlar mübarizə aparırlar. Neftçala rayonu İcra Hakimiyyəti başçısı yanında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyası və Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq Komissiyası müntəzəm olaraq qeyd olunan məsələlər və qarşıya çıxan çətinliklər ilə əlaqədar olaraq maarifləndirmə tədbirləri həyata keçirir.