Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikaha yox deyək!” və “Uşaqların təhsildən yayınma səbəbləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib

01 oktyabr 2024 | 10:18

30 sentyabr 2024-cü il tarixində Neftçala rayonunda “Erkən nikaha yox deyək!” və “Uşaqların təhsildən yayınma səbəbləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə 30 sentyabr 2024-cü  il tarixində Ş.Orucov adına Həsənabad qəsəbə tam orta məktəbdə “Erkən nikaha yox deyək!”  və T.İsmayılov adına Mirqurbanlı kənd tam orta məktəbdə  “Uşaqların təhsildən yayınma səbəbləri” adlı maarifləndirmə tədbiri keçirilib.
İlk öncə xalqımızın ümummilli lideri,Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul əməkdaşları, Neftçala Rayon İcra Hakimiyyəti başçısının Həsənabad qəsəbə İƏD üzrə nümayəndəsi, qeyd olunan məktəblərin rəhbərliyi, müəllimlər, psixoloqlar, şagirdlər  iştirak edib.
Çıxışçılar tərəfindən Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın sosial problem olan erkən nikahlarla mübarizə ilə əlaqədar həyata keçirdiyi tədbirlər barədə, qanunvericilikdə nikah yaşı, erkən nikahın fəsadları, erkən nikaha məcbur edilən qızların gələcək ailə həyatlarında yaranan problemlər, onların fiziki və psixoloji vəziyyətlərinə göstərdiyi mənfi təsirlər haqqında geniş məlumat verilib. Eyni zamanda  qeyd olunub ki, Neftçala rayonunda uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin monitorinqi və qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi məqsədi ilə mütəmadi görüşlər həyata keçirilir. Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsinin, rayonun ümumtəhsil məktəblərində təhsildən yayınan şagirdlərin dərsə davamiyyətinin təmin olunmasının, onların təhsil keyfiyyətinin səmərəliliyinin artırılmasının, bu istiqamətdə ümumtəhsil məktəblərinin əməli fəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, uşaqların təhsildən yayınması əsasən miqrasiya ilə, ailənin sosial vəziyyəti və ailə büdcəsinin aşağı səviyyədə olması, valideynlər tərəfindən uşaqların məcburi əmək fəaliyyətinə sövq olunması, erkən yaşda nikaha məcbur edilməsi, bəzi uşaqların sağlamlıq imkanlarınının itirilməsi, məktəb mühitinin deqradasiyası, repetitorluq institutunun intişar tapması və s. faktorlarla bağlıdır.
Tədbir qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər