Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikah və qohumlar arasında nikahların mənfi nəticələri” adlı maarifləndirmə görüşü keçirilib

31 may 2023 | 18:10
    “Erkən nikah və qohumlar arasında nikahların mənfi nəticələri” adlı maarifləndirmə görüşü keçirilib.
     Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı ilə Vidadi Həmidov adına Xol Qaraqaşlı kənd tam orta məktəbində  “Erkən nikah və qohumlar arasında nikahların mənfi nəticələri” adlı maarifləndirmə görüşü keçirilib.
     İlk öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
      Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın, Xol Qaraqaşlı kənd İƏD üzrə nümayəndəliyin məsul şəxsləri, müəllimlər, şagirdlər və valideynlər iştirak edib.Tədbirdə çıxış edənlər Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın sosial problem olan erkən nikahla və qohum nikahlarla mübarizə ilə əlaqədar həyata keçirdiyi tədbirlər haqqında, qanunvericilikdə nikah yaşı, erkən nikahın fəsadları, erkən nikaha məcbur edilən qızların gələcək ailə həyatlarında yaranan problemlər, onların fiziki və psixoloji vəziyyətlərinə göstərdiyi mənfi təsirlər, qohum nikahların səbəbləri, fəsadları, səbəb olduğu genetik xəstəliklər barədə geniş məlumat veriblər.
Tədbir qarşılıqlı müzakirələrlə davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Keçidlər