Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikah və qohum nikahların mənfi nəticələri” adlı maarifləndirmə görüşü keçirilib

27 iyul 2023 | 17:31

Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı Neftçala şəhər Mehman Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada  “Erkən nikah və qohum nikahların mənfi nəticələri” adlı maarifləndirmə görüşü keçirilib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul əməkdaşları, müəllimlər, şagirdlər, valideynlər və eləcə də RİH-də həyata keçirilən könüllük proqramı əsasında fəaliyyət göstərən gənclər iştirak edib.
Çıxışçılar Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın sosial problem olan erkən nikahla və qohum nikahlarla mübarizə ilə əlaqədar həyata keçirdiyi tədbirlər barədə, qanunvericilikdə nikah yaşı, erkən nikahın fəsadları, erkən nikaha məcbur edilən qızların gələcək ailə həyatlarında yaranan problemlər, onların fiziki və psixoloji vəziyyətlərinə göstərdiyi mənfi təsirlər, qohum nikahların səbəbləri, fəsadları, səbəb olduğu genetik xəstəliklər barədə geniş məlumat veriblər.
Tədbir qarşılıqlı müzakirələrlə davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər