Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikah və qohum nikahlara yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib

23 fevral 2023 | 15:49
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı ilə Asif Dadaşov adına Yeniqışlaq kənd ümumi orta məktəbində “Erkən nikah və qohum nikahlara yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib.
İlk öncə xalqımızın Ümummilli Lideri,Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul əməkdaşları, Sarıqmış kənd İƏD üzrə nümayəndəliyi, “Gündoğar” qəzetinin redaktoru, Yeniqışlaq bələdiyyəsinin sədri, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib.
Çıxış edənlər Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın sosial problem olan erkən nikahla və qohum nikahlarla mübarizə ilə əlaqədar həyata keçirilən tədbirlər, qanunvericilikdə nikah yaşı, erkən nikahın fəsadları, erkən nikaha məcbur edilən qızların gələcək ailə həyatlarında yaranan problemlər, onların fiziki və psixoloji vəziyyətlərinə göstərdiyi mənfi təsirlər, qohum nikahların səbəbləri, fəsadları, səbəb olduğu genetik xəstəliklər haqqında geniş məlumat verilib.
Görüş qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Keçidlər