Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikah və onun mənfi nəticələri” adlı maarifləndirmə tədbiri keçirilib

23 avqust 2022 | 10:17
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın 2022-ci il üçün təsdiq edilmiş iş planına uyğun olaraq 23 avqust 2022-ci il tarixində Ə.Səmədov adına Qırmızıkənd kənd tam orta məktəbdə “Erkən nikah və onun mənfi nəticələri” adlı maarifləndirmə tədbiri keçirilib.
İlk öncə xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul əməkdaşları, Qırmızıkənd kənd İƏD üzrə nümayəndəliyi, Qırmızıkənd kənd bələdiyyəsinin sədri, kənd ağsaqqalları, müəllimlər, tibb işçiləri, şagirdlər, valideynlər, eyni zamanda RİH-də könüllü fəaliyyət göstərən gənclər iştirak edib.
Çıxış edənlər Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın cəmiyyətin əsas sosial problemlərindən biri olan erkən nikahla mübarizə ilə əlaqədar həyata keçirdiyi tədbirlər, normativ hüquqi aktlarda nikah yaşı, erkən nikahı yaradan səbəblər, fəsadları, erkən nikaha məcbur edilən qızların fiziki və psixoloji vəziyyətlərində yaranan problemlər barədə geniş məlumat veriblər. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan şəxsləri nikaha daxil olmağa məcbur edən şəxslər barədə nəzərdə tutulan cinayət məsuliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Tədbir qarşılıqlı müzakirə şəraitində davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Keçidlər