Erkən nikah uğursuz gələcəyin təməlidir” adlı maarifləndirmə tədbiri keçirilib
15 sentyabr 2022 | 17:48
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı ilə 13 sentyabr 2022-ci il tarixində Ş.Orucov adına Həsənabad qəsəbə tam orta məktəbdə “Erkən nikah uğursuz gələcəyin təməlidir” adlı maarifləndirmə tədbiri keçirildi.
İlk öncə xalqımızın ümummilli lideri,Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul əməkdaşları, Həsənabad qəsəbə İƏD üzrə nümayəndəliyi, ərazidə yerləşən ümumtəhsil məktəblərinin rəhbərləri, müəllimlər, həkimlər, şagirdlər, valideynlər eyni zamanda ictimaiyyət nümayəndələri iştirak edib.
Çıxışçılar Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın sosial problem olan erkən nikahla mübarizə ilə əlaqədar həyata keçirdiyi tədbirlər barədə, qanunvericilikdə nikah yaşı, erkən nikahın səbəbləri, fəsadları, təhsilin effektiv şəkildə başa çatdırılmasına törətdiyi maneələr, erkən nikaha məcbur edilən qızların gələcək ailə həyatlarında yaranan problemlər, onların fiziki və psixoloji vəziyyətlərinə göstərdiyi mənfi təsirlər barədə geniş məlumat veriblər. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan şəxsləri nikaha daxil olmağa məcbur edən şəxslər barədə nəzərdə tutulan cinayət məsuliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Tədbir qarşılıqlı müzakirələrlə davam edib və sonda mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.