Erkən Müayinə Can Qurtarır! aksiyası Neftçalada keçirilib
9 avqust 2026-cı il tarixində Neftçala rayonunun Aşağı Qaramanlı kəndində PAŞA Holding - in təşəbbüsü, ALL Medical MMC - nin təşkilatçılığı ilə Fərqindəlik Layihəsinin “Erkən Müayinə Can Qurtarır!” aksiyası keçirilib.
Aksiya çərçivəsində kənd sakinlərinə müxtəlif ixtisaslar üzrə ödənişsiz tibbi müayinə və həkim konsultasiyalar təqdim olunub. Ümumilikdə 189 nəfər müayinədən keçirilib.
Müayinə zamanı diabet aşkarlanan 7 nəfər, həmçinin 3 qazi ailəsi qanda şəkərin müntəzəm monitorinqi üçün qlükometrlə təmin edilib. İştirakçılara diabet, sağlam həyat tərzi və erkən diaqnostikanın əhəmiyyəti barədə maarifləndirici materiallar təqdim olunub.
Aksiyanın əsas məqsədi regionlarda əhalinin tibbi müayinələrə çıxışını artırmaq, xəstəliklərin erkən aşkarlanmasına və sağlam həyat tərzinin təşviqinə dəstək olmaqdır.
Aksiyada aşağıdakı tibbi baxış və müayinələr həyata keçirilmişdir:
* Ginekoloji baxış
* Oftalmoloji baxış
* Endokrinoloji baxış
* Terapevtik-endokrinoloji baxış
* Pediatrik baxış
* Qalxanvari vəzin USM müayinəsi







