Ərəbqardaşbəyli kəndində hava elektrik verilişi xətlərində yenidənqurma işlərinin icrası ilə bağlı həyata keçirilən tikinti-quraşdırma prosesinə baxış keçirilib
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidovun, aidiyyəti üzrə məsul şəxslərin, kənd ağsaqqallarının iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Neftçala rayonu üzrə 7.3.16.5.-ci bəndinə əsasən elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi məqsədilə 102 abonenti olan rayonun Ərəbqardaşbəyli kəndində hava elektrik verilişi xətlərində yenidənqurma işlərinin icrası ilə bağlı həyata keçirilən tikinti-quraşdırma prosesinə baxış keçirilib, layihə üzrə nəzərdə tutulan yenidənqurma tədbirləri ilə yerindəcə tanış olunub. Rayonun Ərəbqardaşbəyli kəndinin 10 və 0,4 kV-luq elektrik şəbəkəsinin yenidən qurulması layihəsi çərçivəsində abonent sayına görə 3 ədəd yeni 100 kva, 160 kva və 250 kva elektrik transformatorun, 161 ədəd 0,4 kV-luq elektrik dayağının, 440 metr (4+50), 6154 metr (4-35) elektrik kabelinin, 16700 metr ACE markalı naqilin, 80 ədəd söykənəcək dirəyin, 150 ədəd 10 kV-luq elektrik dayağının tikiniti nəzərdə tutulub. Layihə işləri çərçivəsində artıq 150 ədəd 0,4 kV-luq elektrik dayağı ərazidə bərkidilib, yeni elektrik transformatorların quraşdırılacağı ərazilərdə tikinti quraşdırma işləri aparılıb. Layihə əsasında növbəti mərhələdə rayonun 110 abonenti olan Cəngan, 192 abonenti olan Beştalı, 252 abonenti olan Qaraqaşlı kəndlərinin 10 və 0,4 kV-luq elektrik şəbəkəsinin yenidən qurulması işlərinə başlanacaqdır. Eyni zamanda istehlakçıları etibarlı və kefiyyətli elektrik enerjisi ilə təchiz etmək məqsədilə “Azərişıq” ASC-nin “Tədbirlər Planı”na əsasən Neftçala rayonunun digər yaşayış məntəqələrinin də paylayıcı elektrik şəbəkəsinin mərhələli şəkildə layihə üzrə yenidənqurulması nəzərdə tutulub. Artıq bu istiqamətdə rayonun Xol yaşayış massivinin Mürsəqulu kəndində də layihə çərçivəsində 10 və 0,4 kV-luq elektrik şəbəkəsinin yenidən qurulması ilə bağlı mal-materiallar gətirilib, layihə üzrə işlərin başlanmasına start verilib.