Elm və təhsil naziri Neftçalada vətəndaşları qəbul edib
29 noyabr 2024 | 18:13
Noyabrın 29-da elm və təhsil naziri Emin Əmrullayev Neftçala şəhərində vətəndaş qəbulu keçirib.
Qəbulda Neftçala, Hacıqabul, Şirvan, Salyan və Biləsuvar sakinləri iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan əzəmətli heykəli ziyarət olunub, önünə gül dəstələri düzülüb və ruhu ehtiramla yad olunub.
Qəbul zamanı vətəndaşlar müəllimlərin yerdəyişməsi, işlə təmin olunma, təhsil müəssisələrinin təmir-tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
Elm və təhsil naziri qəbula yazılan vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.