Şriftin ölçüsü :

Saytın rəngi :

“Əlillərin hüquqlarının təşviqi və müdafiəsi” layihəsi çərçivəsində maarifləndirici görüş keçirilib

22 dekabr 2022 | 09:23
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Demokratiyanı Öyrənmə” İctimai Birliyi tərəfindən “Əlillərin hüquqlarının təşviqi və müdafiəsi” layihəsi ilə əlaqədar görüş keçirilib.
Görüşdə Neftçala Rayonu İcra Hakimiyyəti aparatının aparıcı məsləhətçisi Esmira Məmmədzadə, ümumi səbəbdən əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud azyaşlılar və onların valideynləri iştirak edib.
Görüş zamanı iştirakçılara əlilliyi olan şəxslərlə bağlı beynəlxalq və milli qanunvericilik, əlilliyin müəyyən edilməsi meyarları, qiymətləndirilməsi mərhələləri və müddətləri, əlilliyi olan şəxslərin əmək fəaliyyəti, təhsillə bağlı və digər hüquqları, onlar üçün nəzərdə tutulan güzəştlər, təminatlar, imtiyazlar barədə geniş məlumat verilib. Görüş iştirakçılarla qarşılıqlı müzakirələr ilə davam edib və iştirakçılar üçün nahar süfrəsi təşkil olunub.
“Əlillərin hüquqlarının təşviqi və müdafiəsi” adlı layihənin məqsədi əlilliyi olan şəxslərin hüquqları və dövlət xidmətləri haqqında məlumatlılığını artırmaqdan və onların ədalətə çıxışına dəstək verməkdən ibarətdir. Məlumat üçün bildirirk ki, layihə fəaliyyətinin mühüm hissəsini regionlarda əlilliyi olan şəxslərlə layihə məqsədlərinə müvafiq təlimlərin keçirilməsi təşkil edir.
Keçidlər