Şriftin ölçüsü :

Saytın rəngi :

Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

22 noyabr 2023 | 12:42

Neftçala rayonunda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub.

Neftçala rayonunda Ədliyyə işçilərinin peşə bayramının 105 ilinin tamam olması münasibətilə ədliyyə işçiləri ilə görüş keçirilib.

Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, Neftçala rayon Məhkəməsinin sədri və hakimi, hüquq- mühafizə orqanlarının rəhbərləri və ədliyyə işçiləri iştirak edib.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan əzəmətli heykəli ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhu ehtiramla yad olunub, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən xatirə guşəsinə baxış keçirilib.

Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildirib ki, bu gün biz qürur hissi ilə deyirik ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyilə həyata keçirilən dinamik iqtisadi inkişaf ölkəmizi regionun lider dövlətinə çevirib, Azərbaycanın dünyada analoqu olmayan inkişaf sürətinə nail olub və bu inkişafdan Azərbaycan ədliyyəsi də geri qalmayıb. Ədliyyə orqanlarının fəaliyyəti dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkili, müasir texnologiyaların və idarəçilik metodlarının tətbiqi, yeni nəsil hüquqşünasların formalaşdırılması üçün genişmiqyaslı tədbirlər görülüb. RİH-in başçısı ədliyyə işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edib və peşə fəaliyyətlərində uğurlar arzu edib.

Çıxış edən Neftçala rayon Məhkəməsinin sədri Ceyhun Qədimov, Dövlət Təhlükəsizlik Xidmətinin Neftçala rayon şöbəsinin rəisi Rasim Nəsirov və Neftçala rayon Məhkəməsinin hakimi Samir Quliyev Azərbaycan ədliyyəsinin ötən dövrdəki inkişaf yolundan, xüsusilə Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğısından, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində aparılan uğurlu islahatlardan danışıblar və ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik ediblər.

Görüşün sonunda ədliyyə işçiləri ilə xatirə şəkili çəkilib.

Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından Ədliyyə işçilərinin peşə bayramı münasibətilə təbrik edirik və uğurlar arzulayırıq.

Keçidlər