Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Neftçala rayonuna səfər edib
11 iyul 2024 | 19:43
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev növbəti vətəndaş qəbulunu Neftçala şəhərində keçirib.
Qəbuldan öncə Neftçala Rayon İca Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəlini ziyarət ediblər, önünə gül dəstələri düzüblər və Ulu Öndərin əziz xatirəsi ehtiramla yad ediblər.
Qəbulda Neftçala, Salyan, Şirvan və Hacıqabul rayon sakinləri qəbul olunub, tikintiyə icazə icraatı və torpaq münasibətləri ilə bağlı suallar cavablandırılıb, qaldırılan məsələlər həll edilib, şəhərsalma qanunvericiliyinin tələbləri və Komitə tərəfindən yaradılan Elektron icazə sisteminin üstünlükləri barədə məlumat verilib.a