Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Gömrük Komitəsinin sədri Neftçala rayonunda səfərdə olub

10 mart 2023 | 15:34
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Neftçala rayonuna səfər edib. İlk öncə Neftçala şəhərinin mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov ilə birlikdə ziyarət olunub, önünə gül dəstələri düzülüb və ruhu ehtiramla yad olunub.
Dövlət Gömrük Komitəsinin sədri və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Neftçala rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirə guşəsilə tanış olublar.
Mərkəzi icra hakimiyyəti orqanlarının şəhər və rayonlarda keçiriləcən vətəndaşların qəbuluna uyğun olaraq Neftçala və Salyan rayonları üzrə vətəndaş qəbulu həyata keçirilib.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və digər rəsmilər ilə birlikdə mart ayının 4-də xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək şəhid olan hərbi qulluqçu baş leytenant Hüseynov Kamran Namiz oğlunun yas mərasimində iştirak ediblər və şəhidin ailəsinə dərin hüznlə baş sağlığı veriblər.
Məlumat üçün bildiririk ki, şəhid baş leytenant Hüseynov Kamran Namiz oğlu 12 iyul 1995-ci ildə Neftçala şəhərində anadan olub və xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək qəhrəmancasına şəhid olub. Şəhid Hüseynov Kamran Namiz oğlu 4 mart 2023-cü il tarixində Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Keçidlər