Neftçala rayonunda Xəzər dənizinin sahili boyu çimərlik sahəsinə yaxın ərazidə təmizlik aksiyası keçirilib
May ayının 19-da Neftçalada Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və suverenlik İli” çərçivəsində “22 May Biomüxtəliflik günü” ilə əlaqədar olaraq rayonun Şirvanlı kəndi yaxınlığında Xəzər dənizinin sahil boyu çimərlik sahəsinə yaxın ərazidə təmizlik aksiyası keçirilib.
Aksiyada Neftçala rayon İcra Hakimiyyətinin, aidiyyəti idarə, müəssisə və təşkilatların məsul şəxsləri, rayonun bir neçə İnzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və bələdiyyələrin əməkdaşları, eləcə də Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin işçiləri və gənc könüllülər iştirak edib.
Aksiya zamanı müəyyən edilmiş ərazidə Xəzər dənizinin çimərlik zonasına yaxın olan sahil boyu ərazisi plastik qablardan, şüşə və digər artıq əşyalardan təmizlənmiş və toplanmış tullantılar xüsusi nəqliyyat vasitəsilə ərazidən kənarlaşdırılaraq tullantılar üçün nəzərdə tutulmuş Neftçala rayon poliqonuna daşınmışdır.
Ümumilikdə aksiyada 70 nəfər iştirak etmişdir.