Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günü münasibətilə Camal İsmayılov adına Neftçala rayon Uşaq-İncəsənət məktəbində konsert proqramı təşkil edilib

07 noyabr 2024 | 10:19

Neftçala rayonunda Zəfər Gününə həsr edilmiş tədbirlər çərçivəsində 06 noyabr 2024-cü ildə Camal İsmayılov adına Neftçala rayon Uşaq-İncəsənət məktəbində konsert proqramı təşkil edilib.
Konsert proqramından öncə Camal İsmayılov adına Uşaq-İncəsənət məktəbinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Esmira Məmmədzadə, C.İsmayılov adına Neftçala rayon Uşaq-İncəsənət məktəbinin rəhbərliyi və əməkdaşları, şəhid ailələri, rayonda fəaliyyət göstərən müxtəlif idarə, müəssisə, təşkilatların əməkdaşları, valideynlər iştirak edib.

Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Uşaq-İncəsənət məktəbinin xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Esmira Məmmədzadə, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə  İsmayılova, Uşaq-İncəsənət məktəbinin direktoru İlqar Rəhimov 2020-ci ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirərək qarşıdan gələn Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, Neftçala rayon Uşaq-İncəsənət məktəbinin şagirdlərinə xoş arzularını bildiriblər.

Tədbir Camal İsmayılov adına Uşaq-İncəsənət məktəbinin şagirdlərinin ifasında konsert proqramı ilə davam edib.

Keçidlər