Bulvar meydanında Zəfər gününə həsr olunan gənclərin əl işlərindən ibarət sərgi keçirilib
07 noyabr 2023 | 09:02
Bulvar meydanında Zəfər gününə həsr olunan gənclərin əl işlərindən ibarət sərgi keçirilib.
Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına şəhid olan hərbi qulluqçuarımızın əziz xatirəsinə və Zəfər Gününə həsr olunan Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Neftçala Peşə məktəbi, Neftçala rayon Təhsil Sektoru və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
Neftçala şəhər Bulvar meydanında təşkil olunan Zəfərgünü tədbirində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə Neftçala Peşə Məktəbində müxtəlif ixtisaslar üzrə təhsil alan gənclərin – aşpazların, bərbərlərin, dərzilərin, texniki ixtisaslar üzrə təhsil alan tələbələrin, eyni zamanda rayon ümumtəhsil məktəblərinin şagirdlərinin hazırladıqları 8 Noyabr Zəfər Gününə həsr olunan sərgilərə, Neftçala rayon gənclər və idman sektorunun, Uşaq Gənclər İdman məktəbinin şagirdlərinin müxtəlif idman növü ilə məşğul olan azyaşlıların nümunəvi çıxışlarına baxış keçirilib.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Səhnəyə Neftçala Peşə Məktəbinin şagirdləri tərəfindən hazırlanan Azərbaycan Respublikasının Dövlət Bayrağı gətirilib.
Tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyi tərəfindən hazırlanan vətənpərvərlik mövzusunda konsert proqramı ilə davam edib.