Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Boyat kəndinin sakinləri ilə səyyar görüş keçirib
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Boyat kəndində şəhidlərin xatirəsinə inşa olunan xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb.
İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Boyat kənd ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Boyat kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.
Çıxışçılar "Azərbaycan qadını fədakarlıq və ləyaqət nümunəsidir" mövzusunda iştirakçılara məlumat veriblər. Çıxışçılar, tarixin bütün dövrlərində Azərbaycan qadının fəaliyyəti bəşəriyyət üçün örnək olması, olduqca mürəkkəb və ağır situasiyalardan ləyaqətlə çıxaraq qəhrəmanlığı ilə tarix yazan qadınlarımızın şərəfli həyat yolu heyrət doğurması, qadınlarımız zaman-zaman müqəddəs dəyərlərimizin qorunmasında, yaşadılmasında əvəzsiz xidmətlər göstərərək parlaq zəkaları ilə insanlığın keşiyində dayanaraq dünya üçün faydalı olmaları haqqında danışıblar.
Neftçala RİH-in başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, ölkəmizdə qadın siyasətinin fundamental əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılması, Ulu Öndərin fəaliyyətinin bütün dövrlərində qadınlarımıza hörmətlə yanaşır, onların istər dövlət, istər ictimai işlərə cəlb olunması istiqamətində uğurlu siyasət yürüdürdü. Ulu Öndər hər zaman qadınlarımızın yüksək vəzifələrdə təmsil olunmasına şərait yaradaraq onların fəaliyyətinə geniş şərait yaradırdı. Uıu Öndərin laiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən bu ideyalar hər zaman davam etidirilir. Beləki, Azərbaycan qadını dövlətimizin diqqəti və qayğısı ilə tam əhatələndi, idarəçilikdə onların təmsil olunması ölkə üzrə geniş miqyas alıb. Müasir dünyanın lider qadınlarından olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi vurğulamaq lazımdır. İnsanlığın kamillik nümunəsi olan Mehriban xanım dünya qadınlığı üçün xeyirahlıq və şəvqət ünvanıdır. Azərbaycan qadınının bəşəri obrazı olan Mehriban xanım Əliyevanın mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlərin örnək olmasını diqqətə çatdırıb.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar, kənd ərasizisində elektrik təsərrüfatının yenilənməsini, örüş torpaq sahəsinin ayrılması, xəstəliyi ilə əlaqədar köməklik və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.