BMT-nin HABİTAT (Əhali Məskunlaşması Proqramı) təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisi ilə birlikdə hazırladığı regional layihə sənədi əsasında Neftçalada görüşü keçirilib
28.06.2022-ci il tarixində BMT-nin HABİTAT (Əhali Məskunlaşması Proqramı) təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisi ilə birlikdə hazırladığı regional layihə sənədi əsasında, BMT-nin HABİTAT təşkilatının ekspertləri Culi Qrinvaltın, Sumyadep Banerjenin və Beynəlxalq Miqrasiya təşkilatının Bakı ofisinin rəhbəri Vladimir Qeorqiyevin, layihənin yerli eksperti Amin Məmmədovun və Neftçala Rayon İcra Hakimiyyətinin, aidiyyəti təşkilatların məsul şəxslərinin iştirakı ilə Rayon İcra Hakimiyyətində növbəti görüşü keçirilmişdir. Görüş çərçivəsində gələcəkdə sahilyanı ərazilərin iqlim dəyişikliklərinin təsirinə adaptasiyası istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədilə regional layihə çərçivəsində Neftçala rayonu üzrə fəaliyyətlərin icra edilməsi perspektivləri müzakirə edilib. Qarşılıqlı fikir mübadiləsi çərçivəsində son illər iqlim dəyişikliyinin təsirindən rayon ərazisində Kür çayında suyun vəziyyəti, əhalinin kənd təsərrüfatı sahəsində qarşılaşdığı problemlər, insanların içəmli su təminatı ilə bağlı görülən işlər, urbanizasiya məsələləri ətrafında geniş söhbət aparılıb. Görüşdən sonra ekspertlər Azərbayacan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Neftçala Regional Kompleks Monitorinq Laboratoriyasında və Milli Hidrometerologiya Xidməti Aran Regional Hidrometeorologiya Mərkəzi Neftçala İxtisaslaşdırılmış Mənsəb Hidrometerologi Stansiyasında hava məlumatlarının öyrənilməsi, su və torpaq analizllərinin aparılması prosesləri ilə yaxından tanış olub, Kür çayının sahilində mühafizə bəndlərində bəndbərkitmə işlərinə baxış keçirilib.